Şəkidə 65 yaşlı kişini avtomobil vurub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün, saat 21 radələrində Şəki şəhəri, H.Əliyev prospektində baş verib.
Belə ki, “KİA” markalı avtomobil yolu keçmək istəyən piyada, 1958-ci il təvəllüdlü Ramazan Qafarlını vurub.
Xəsarət alan Ramazan Qafarlı Şəki Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şəki Şəhər Polis Şöbəsində araşdırma aparılır.
www.102info.az