Naxçıvan şəhərinin küçə və yollarında təmir-bərpa işləri aparılır – FOTO

Cəmiyyət

Naxçıvan şəhərinin bir sıra küçələrində və yeni tikilən yaşayış binalarının ətrafında abadlaşdırma işləri görülür, yollarda yenidənqurma və təmir-bərpa işləri aparılır.

“Report”un yerli bürosu xəbər verir ki, geniş abadlıq və quruculuq işlərinin görüldüyü belə ünvanlardan biri də Naxçıvan şəhərindəki yeni salınan yaşayış kompleksi – üçüncü Gənclər şəhərciyidir.

Yaşayış kompleksindəki binaların ətrafında və həyətində ümumilikdə 4 590 kvadratmetr ərazidə xüsusi texnikalar vasitəsi ilə hamarlama və bərkitmə işləri aparılır. Hazırlıq işləri başa çatdıqdan sonra yaxın günlərdə əraziyə asfalt örtüyü veriləcək.

Sözügedən ərazidə yaşayış binalarını elektrik enerjisi ilə təmin etmək məqsədilə mərkəzləşdirilmiş yeni qapalı transformator yarımstansiyası da tikilir. Həmçinin yaşayış kompleksini elektrik və rabitə ilə təmin edəcək yeraltı xətlərin də çəkilişinə başlanılıb.

Naxçıvan şəhərinin 48-ci məhəllədəki yolda da təmir-bərpa işləri aparılır. Burada evlərə verilən elektrik və rabitə xətləri yeraltı xətlərlə əvəz olunur, məhəllədaxili yolların asfaltlanması üçün hazırlıq işləri görülür.

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində isə ötən il su-kanalizasiya xətlərinin təmiri zamanı qazıntı işləri aparılan yolun müvafiq hissələrinə yenidən asfalt örtüyü verilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir