Zaqatala rayonununda sexdə yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Halla Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Aşağı Tala kəndində ümumi sahəsi 150 m² olan mühərrik yağlarının təkrar emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və içərisində hər birinin tutumu 120 litr olan 2 ədəd mühərrik yağı ilə dolu çəllək yanıb.
“Sexin qalan hissəsi və içərisində 9 ədəd dolu çəllək yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.
www.102info.az