Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 739 nəfər müraciət edib: Ölənlər var

Cəmiyyət

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 739 nəfər müraciət edib.

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 116-sı Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.

Qəbul olan xəstələrdən 59-u dərmandan, 17-si sirkə turşusundan, 20-si dəm qazından, 4-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 9-u allergik reaksiya, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 52-si qadın, 40-ı kişi, 24-ü isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 3 nəfər sirkə turşusundan, 1 nəfər metil spirtindən, 4 nəfər isə dəm qazından dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 7-si kişi, 2-si qadındır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir