Şəkidə ağac aşdı: Kişi öldü

Cəmiyyət

Şəki rayonunda bədbəxt hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Cumakənd kəndində olub. 

Belə ki, Aşağı Göynük kənd sakini, 1994-cü il təvəllüdlü Səxavət Balacayev Cumakənd kəndi ərazisində işlədiyi evin həyətində ağac kəsərkən yıxılıb və ağac onun üzərinə aşıb. 

Nəticədə S.Balacayev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

www.102info.az