Ucarda yaşayan ailə bədbəxt hadisə ilə üzləşib.
Bu barədə Oxu.Az-a Süleymanova Dilbər Siyasət qızı məlumat verib.
O bildirib ki, üç aylıq övladı ağır yanıq xəsarətləri alıb:
“Hadisə 10 yanvar tarixində baş verib. Mən həyətdə olarkən 7 noyabr 2022-ci il təvəllüdlü övladım Süleymanov Əli Aslan oğlu ağlamağa başlayıb. Bunu görən 6 yaşlı oğlum onu mənə gətirmək istəyərkən ayağı ilişib və odun sobasına tərəf yıxılıb. 3 aylıq körpəm isə sobanın üzərinə düşüb. Kürəyi, ayağı, ağzı yanıb. Həkimlər 2-ci dərəcəli yanıq diaqnozu qoyublar. Vəziyyəti ağır olduğundan bizi dərhal Ucardan Bakıya göndərdilər. Əli Bakıda bir neçə dəfə əməliyyat keçirdi”.
Ana bildirib ki, övladının müalicəsi üçün 800 manat pula ehtiyacı var.
“Əli dəriköçürmə əməliyyatı edilib. Uzun müddətli müalicə almalı olsa da, bunu etməyə imkanımız yoxdur. Əlinin reabilitasiyası üçün 800 manata ehtiyacımız var. İnanın bəzi vaxtlarda yemək almağa belə çətinlik çəkirəm. İmkanlı şəxslərdən bizə kömək olmaqlarını, övladıma yardım etməklərini xahiş edirəm”.
Ailə ilə əlaqə: 050 976 70 42
www.102info.az