Səhiyyə Nazirliyinin rəsmisi Beynəlxalq Pediatriya Assosiasiyasının Daimi Komitəsinə üzv seçilib – FOTO

Cəmiyyət

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov Hindistanın Qandinaqar şəhərində keçirilən 30-cu Beynəlxalq Pediatriya Assosiasiyanın (IPA) konqresində iştirak edib.

Beynəlxalq konqresdə Azərbaycan Pediatriya Cəmiyyəti IPA-nın üzvlüyünə qəbul olunub. Eyni zamanda, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Beynəlxalq Pediatriya Assosiasiyasının ən ali idarəetmə orqanı olan Daimi Komitəyə (Standing Committee) Orta Asiya regionun təmsilçisi olaraq üzv seçilib.

Qeyd edək ki, 1910-cu ildə yaradılmış Beynəlxalq Pediatriya Assosiasiyasının tərkibinə 149 ölkədən olan 164 pediatrik peşə cəmiyyəti daxildir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir