Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu nömrədə 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, müsabiqə şərtləri dərc edilib.
Bu nömrədə həmçinin:
– bəzi test tapşırıqlarının izahı və tövsiyələr;
– abituriyentlər üçün elmi-metodiki məqalələr;
1. Tarix fənnindən “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)”;
2. Coğrafiya fənnindən “Azərbaycanın iqtisadi rayonları”.
– 2022-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları və digər zəruri materiallar təqdim olunub.
Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.
Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
www.102info.az