“Avroviziya” təmsilçimiz: “Küçə itlərinə görə kredit götürmüşdüm”

Cəmiyyət

Son günlər “ON” albomu ilə gündəmdə olan “Avroviziya” təmsilçimiz Aisel küçə itlərinə görə 13 min manat kredit götürdüyünü bildirib.

“Olay” yazır ki, sənətçi bu barədə MTV-də yayımlanan “Səhərin səsi” proqramında danışıb:

“Çoxdan olub. Küçə itlərinə yem almaq üçün 13 min manat kredit götürmüşdüm. 2012-ci ildə itləri küçədən yığıb belə bir şey etmişdim. Yazığımız gələn itləri yığırdıq. Mən və dostlarım indiyədək bu işlə məşğuluq, amma indi itlər daha azdır, çünki çoxunun artıq ailəsi, sığınacağı var. 25-30 iti ödənişlə saxlatdırırdım. Uşaqlıqdan bu mövzuda kövrəyəm. Bağlanmaqdan qorxduğum üçün özüm saxlamıram. Həm də baxmağa vaxtım yoxdur. Avtomobilimdə isə heyvan yeməyi həmişə var, görəndə düşüb yedirdirəm”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir