Naxçıvan şəhərində 5 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün səhər saatlarında məktəbin yuxarı mərtəbəsində qırılan pəncərə şüşəsi binanın önünə toplaşan şagirdlərin üstünə tökülüb. Hadisə nəticəsində, məktəbin şagirdləri – 2014-cü il təvəllüdlü Gülər Mikayılova və bacısı 2007-ci il təvəllüdlü Aytac Mikayılova xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az