Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb: Xəsarət alanlar var

Cəmiyyət

Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, xəsarət alanlar var.

“Report” xəbər verir ki, bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

Son məlumata əsasən, futbolçular və rəhbərlik arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən həyatını itirən yoxdur. Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb.

Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir