Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Kür qəsəbəsi yolunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 4 nəfər (1977-ci il təvəllüdlü Məhəbbət Osmanov, 1976-cı il təvəllüdlü Şəlalə Hüseynova, 1977-ci il təvəllüdlü Rühiyyə Hüseynova və 1970-ci il təvəllüdlü Xoşgül Hüseynova) xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az