“Bu gün 90 faizdən çox istehsal gücümüz var”.
Oxu.Az xəbər verir ki, bunu “Qaradağ Şüşə Zavodu”ASC-də mediatur zamanı jurnalistlərə açıqlamasında Qaradağ Şuşa zavodunun sex rəisi Nəsrullah Ağayev deyib.
Onun sözlərinə görə, istehsal edilən məhsullar Azərbaycanın bütün nöqtələrinə göndərilir:
“90 faizdən çox istehsal gücümüz var. Avadanlıqlarımızda problem yoxdur. Fasiləsiz istehsalatdır. Heç bir çətinliyimiz yoxdur”.
N.Ağayev qeyd edib ki, xammal Rusiyadan gəlir:
“Digər məhsulları yerli istehsalatdan götürürük. Avadanlıqlar İtaliya və Çexiya istehsalıdır. 200-dən çox işçi var. Gün ərzində 130 min ədəddən yuxarı istehsalat gücümüz var. Bugünkü istehsalatımız 91 faizdir”.
Nəsrullah Ağayev sonda 2023-cü ilin əvvəlində “Qaradağ Şüşə Zavodu” ASC yerli şirkətlərlə 35 milyon şüşə qabın istehsalı üzrə bir sıra müqavilələr imzaladığını əlavə edib:
“Müqavilələri cari ilin doqquz ayı ərzində həyata keçirməyi planlaşdırırıq”.
Nəzrin Vahid
www.102info.az