Bakıda Nərimanov rayonu ərazisində yerləşən 2 bloklu binalardan birinin söküntüsü başlayıb.
Bu barədə Baku.ws-in qaynar xəttinə məlumat daxil olub.
Sakinlər bildiriblər ki, blokun birinin sakinləri ilə razılığa gələn söküntü işlərini icra edən şirkət söküntünü həyata keçirir. Digər blokun sakinləri ilə razılaşmayan şirkət rəsmiləri binanın yarısının söküntüsünu icra edirlər.
Arif Heydərov, 2 ünvanında yerləşən binada aparılan söküntü işləri digər sakinlərin etirazı ilə qarşılanıb. Belə ki, sakinlər deyirlər ki, onlarla razılaşmadan aparılan söküntü işləri həyatlarını iflic edib və böyük çətinliklər yaradıb.
Görüntüləri təqdim edirik:
Xatırladaq ki, daha əvvəl Mayakovski küçəsi, 15 ünvanında yerləşən binada da sakinlərin razılığı olmadan söküntü işləri aparılıb.
www.102info.az