“Kubinka”da Yel çərşənbəsi qeyd edildi – FOTOREPORTAJ

Cəmiyyət

Bakı şəhəri, Nəsimi rayonunda “Kubinka” kimi tanınan ərazidə Yel çərşənbəsi qeyd edilib.

Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir.

Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.

Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar.

Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.

PhotoStock.az-ın sözügedən ərazidən lentə aldığı görüntüləri təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir