FHN: Ötən sutka 5 nəfər xilas edilib

Cəmiyyət

Ötən sutka ölkə ərazisində 68 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən Şamaxı rayonunun Muğanlı kəndində “Mercedes-Benz” markalı sərnişin avtobusu və “Mack” markalı yük avtomobilinin toqquşması nəticəsində müxtəlif xəsarətlərlə avtobusda sıxılmış vəziyyətdə qalan 1 nəfər xilas edilib. 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir