Zaqatalada 28 yaşlı qadını maşın vurub

Cəmiyyət

Zaqatalada 28 yaşlı qadını maşın vurub.

APA-nın məlumatına görə, hadisə Zaqatala şəhəri ərazisində baş verib.

Rayon sakini Sadiq Zəngiyev idarə etdiyi VAZ 2102 markalı minik avtomobili ilə rayonun Yuxarı Çardaqlar kənd sakini 1995-ci il təvəllüdlü Günay Abakar qızı Əhmədovanı vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan G. Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir