Sabunçuda yol-nəqliyyat hadisəsi olub: Xəsarət alan var

Cəmiyyət

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Maştağa qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1975-ci il təvəllüdlü Atayeva Xalidə Baba qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az

Spread the love