Qəbələ rayon sakini dəm qazından boğularaq ölüb.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə Goranboy rayonunda baş verib.
Qəbələnin Böyük Pirəlli kənd sakini, 1994-cü il təvəllüdlü Maqsud Yulət oğlu Əliyev Goranboy rayonunda müvəqqəti məskunlaşdığı evdə dəm qazından boğularaq dünyasını dəyişib.
Maqsud Əliyev 2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində gözündən yaralanıb.
O, ailəli olub, iki övladı var.
Hadisə zamanı Maqsud Əliyevin ailə üzvləri Qəbələdə olublar.
www.102info.az