“Bu gün Azərbaycanda içməli sudan təyinatı üzrə istifadə edilmir. Əksinə içməli sudan texniki su kimi istifadə edilir”.
Oxu.Az-ın məlumatına görə, ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən mətbuat konfransında “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov bildirib.
Onun sözlərinə görə, içməli su vasitəsilə ağacların suvarılması, maşınların yuyulması həyata keçirilir:
“Bu istiqamətdə “Azərsu” ASC Su Komissiyasına təkliflər verib”.
Sədr müavini əlavə edib ki, Bakı şəhərinin ətraf qəsəbələri – Sabunçu, Binəqədi, Suraxanı və Abşeron rayonunlarında su itkiləri çoxdur:
“Düzgün olmayan şəbəkələrin çəkilməsi və paylayıcı şəbəkənin yararsız olması buna səbəb olur”.
O qeyd edib ki, bu il də sayğac olmayan ərazilərdə işlər aparılacaq.
İlhamə Əbülfət
www.102info.az