Mingəçevir su anbarında suyun miqdarı 40 faizə qədər azalıb – FOTO

Cəmiyyət

“Mingəçevir su anbarında suyun miqdarı 40 faizə qədər azalıb”.

Oxu.Az-ın məlumatına görə, bunu ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, 2018-ci ildə anbara 823 milyon kubmetrdən çox su daxil olurdusa, hazırda bu, 455 milyon kubmetrədək azalıb:

“Su anbarına əlavə çayların yönləndirilməsinə baxmayaraq, həcmdə azalma müşahidə edilir. Son 7-8 ildə ölkədə quraqlıq müşahidə edilir. Bu, yağıntının və kütləvi ötürülən suyun miqdarının azalması ilə bağlıdır”.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir