Dini Komitə: “Məşədi Dadaş” məscidinə din xadimi təyin olunmayıb”

Cəmiyyət

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) tərəfindən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə rəsmi din xadimi təyin olunmayıb”.

Bu barədə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda xatırladılıb ki, “Dini etiqad azadlığı haqqında” Qanuna müvafiq olaraq Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” normativ aktı mövcuddur:

“Bu Qaydaya əsasən, Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir. Sözügedən məscidə də rəsmi din xadiminin təyin olunması məhz bu qayda əsasında həyata keçiriləcək”.

Xatırladaq ki, daha əvvəl “Məşədi Dadaş” məscidinin imamı ilahiyyatçı Hacı Şahin Həsənli olub. O, martın 2-də səhər saatlarında ürəktutmadan dünyasını dəyişib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir