Bakıda zəncirvari qəza olub

Cəmiyyət

Bakıda zəncirvari qəza olub.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nizami küçəsində qeydə alınıb.

Belə ki, iki “Toyota Prius” markalı avtomobillə iki “Hyundai” markalı maşın toqquşub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb ediliblər, araşdırma aparılır.

İlkin məlumata görə, “Toyota Prius” markalı maşınlardan birini idarə edən sürücü sərxoş vəziyyətdə olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir