Ölkədə qarölçmə işlərinə başlanılıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Qeyd edilib ki, ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və yaz-yay gursululuq dövründə çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılıb.
www.102info.az