Bu gün Azərbaycanda kistoz fibroz günüdür.
Oxu.Az xəbər verir ki, kistoz fibroz nadir autosom ressesiv verən genetik xəstəlikdir.
Daxili sekresiya ifraz edən orqanlar – ağciyər tənəffüs sistemi, həzm sistemi orqanları, tər vəziləri, cinsiyyət üzvlərini zədələyən, zamanla fəaliyyətdən geri qoyan, erkən diaqnoz alınmayıb təcili nəzarətə alınmazsa ölümə aparan ağır xəstəlikdir .
Azərbaycanda son illərdə tanınmağa başlayıb, bu səbəblərdən xəstələrin statistik sayı məlum deyil .
Dünya üzrə xəstəliyə rast gəlinmə tezliyi – Türkiyədə 1:10000, Rusiyada 1:4900, Ukraynada 1:3300, İngiltərədə 1:2400, ABŞ-də 1:3500, İrlandiyada 1:1400.
Ölkəmizdə hər il təxmini 160 000 – 170 000 uşaq doğulur, ən aşağı sayla müqayisə edilərsə 1: 10 000 rast gəlinmə tezliyi ildə 16-17 Kistoz Fibrozlu uşaq deməkdir, orta sayla müqayisə edilsə 1:3500 nəzərən ildə 45 – 48 Kistoz fibrozlu xəstə deməkdir .
DİAQNOSTİKASI:
– Neonatal skrininq ( daban qanı testi )
– Tər testi ( tərdə xlor ionlarının miqdarı hesablanır, yüksək göstərici Kistoz fibroza şübhədir,ən az iki dəfə təkrar olunmalıdır)
– Genetik test ( ən doğru məlumat dəqiq diaqnoz).
Kistoz Fibrozun diaqnozu bu kriteriyalara əsasən dəqiqləşdirilərək xəstə təcili nəzarətə alınmalı və uyğun müalicə tətbiq edilməlidir.
www.102info.az