Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı zamanı Ağcabədi rayonunda imtahan keçirilən binaların birinin arxa pəncərəsindən 2 nəfər kənar şəxs daxil olmağa cəhd ediblər.
Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, həmin şəxslər saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.
İlkin araşdırma nəticəsində məlum olub ki, həmin şəxslər ötən illərin məzunlarıdır. Bir nəfər ümumiyyətlə buraxılış imtahanlarında iştirak etməyib, digər şəxs isə ötən il imtahanda iştirak edərək 20 bal toplayıb.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırılma aparlır.
www.102info.az