İki azyaşlını xilas edərkən bədəni yanan 15 yaşlı qəhrəmanın müalicəsi 1060 manata görə dayanıb – FOTO

Cəmiyyət

Üzərinə qaynar qır qazanı aşan yeniyetmənin müalicəsinin davam etdirə bilməsi üçün yenidən sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Allahverdiyeva Gülnarə məlumat verib.

O qeyd edib ki, hadisə aprelin 23-də baş versə də, övladı hələ də bu ağır sınaqdan çıxa bilməyib.

Belə ki, həyətdə tikintidə istifadə etmək üçün bitum-neft qarışığı (qır) qaynadılırmış. Bu zaman həyətdə oynayan iki azyaşlı qazana yaxınlaşıblar. Sənan azyaşlıları qorumaq üçün onları kənara çəkib, lakin ayağı sürüşərək yıxılıb. Bu zaman qır onun üzərinə dağılıb. Nəticədə 15 yaşlı Sənanın üzü və bədəninin müxtəlif hissələri ağır şəkildə yanıb.

O, dörd dəfə dəriköçürmə əməliyyatı keçirib. Hazırda onu uzun müalicə müddəti gözləyir.

Gülnarə Allahverdiyeva bildirib ki, övladının müalicəsini davam etdirmək üçün gücləri yoxdur:

“Sənanın müalicəsi üçün imkanımız yoxdur. Həkim yazan mazları almağımız və onu masaja apara bilməyimiz üçün 1060 manata ehtiyacımız var. Sənan çox ümidlidir ki, sağalacaq. Mən isə ona – “imkanımız yoxdur dərmanlarını alım”, – deyə bilmirəm. Axı oğlumu yaşadan ümiddir! 1060 manata görə onun müalicəsinin dayanması bir valideyn üçün çox ağır dərddir. Xalqımızdan övladımın müalicəsi üçün mənə yardım etmələrini xahiş edirəm”.

Kömək etmək istəyənlər 055 727 05 48 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir