Cəlilabadda vətəndaşlara at əti satılması müəyyən olunub.
APA-nın yerli bürosu xəbər verir ki, AQTA və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində birgə əməliyyat keçiriblər. Əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon Maşlıq kənd sakini Abbasov Səbuhi Tərlan oğluna məxsus həyətyanı təsərrüfatına baxış keçirilən zaman, tövlədə ümumi çəkisi təqribən 200 kiloqram olan bir baş kəsilmiş at cəmdəyi, bir baş ata məxsus sümüklər və 9 baş diri at aşkarlanıb. Bundan əlavə həyətdə olan ata qoşulmuş arabada 6 baş kəsilmiş atın sümükləri, ayaqları və baş nahiyəsi müəyyən edilib. Həyətin digər hissəsində olan tövlədə isə 6 diri at aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az