İki yaşlı Milay kəskin leykozdan əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun anası Səbinə Məmmədova məlumat verib.
O bildirib ki, övladı doğulandan bu xəstəlikdən əziyyət çəkir.
“Yoldaşımla mən ötən ilin may ayında avtomobil qəzasına düşdük. Qəza zamanı yoldaşım həyatını itirdi, mənim isə ayaq barmaqlarım amputasiya edildi. Yoldaşım həyatda olduğu müddətdə Milayın müalicəsini rahatlıqla edə bilirdik. Amma onu itirəndən maddi vəziyyətimiz də çətinləşib”.
Səbinə Məmmədova qızının sağalması üçün ilik nəqli əməliyyatı keçirməli olduğunu deyib.
“İlik nəqli əməliyyatı Türkiyədəki xəstəxanalardan birində həyata keçiriləcək. Əməliyyat üçün ümumilikdə 83 min manata ehtiyacımız var idi. Həmin məbləğin 75 min manatını toplaya bilmişdik, yardımsevər şəxslərin dəstəyi ilə 3 000 manat da yığa bilmişik, amma 5 000 manat əskiyimiz qalıb. Yardımsevər şəxslərdən mənim tək övladıma kömək olmalarını xahiş edirəm. Mənim balamın sağlamlığı 5 000 manatdan asılıdır. Milay mənim tək övladımdır, onu itirməyi düşünməkdən belə qorxuram”.
Ailə ilə əlaqə: 050 345 50 48






www.102info.az