Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Naqif Nəbiyev vəfat edib.
Bildirilir ki, N.Nəbiyev koronavirus infeksiyasından dünyasını dəyişib. Onun 60 yaşı vardı.
N.Nəbiyev 1977-1982-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb, 1986-cı ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb.
2015-ci ildən Fizika üzrə respublika və beynəlxalq fənn olimpiadalar qrupunun rəhbəri olub.
N.Nəbiyev BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi olub.

