Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan şəxsin vəziyyəti AÇIQLANDI

Cəmiyyət


Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan Samir Şeydayevin vəziyyəti qənaətbəxşdir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Liv Bona Dea Hospital”nın mətbuat xidmətindən məlumat verilib.

Hospitalın baş həkimi Cabir Gülmalıyev bildirib ki, Samir Şeydayev martın 4-də ağır vəziyyətdə “Liv Bona Dea Hospital”a köçürülüb və reanimasiya şöbəsinə yerləşdirilib:

“Süni tənəffüs aparatı ilə təmin olunduqdan sonra müvafiq müalicəyə başlanılıb və həkimlərin səyi nəticəsində müalicə fonunda xəstənin vəziyyəti qənaətbəxş hesab edilib. Xəstə süni tənəffüs aparatından ayrılıb və martın 8-də palataya köçürülüb. Hazırda müalicəsi davam etdirilir”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir