Bakıda məşhur şadlıq saraylarının sahibləri cərimələniblər – SİYAHI

Cəmiyyət


Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Romance Palace”, “Grace Hall”, “Meridian”, “Grand Neon” və “Sapfir” şadlıq saraylarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı şadlıq saraylarının sahibləri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələniblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir