Tyeri Ertoq: “Uzun ömür yaşamaq istəyirsənsə, həyatdan həzz almalısan”

Cəmiyyət


“Biz təkcə uzun ömür deyil, sağlam yaşamın tərəfdarıyıq”.

Oxu.Az xəbər verir ki, bunu Bakıda “Viva La Vida” uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərgisində Beynəlxalq Hormon Cəmiyyətinin və Dünya Qocalma Əleyhinə Tibb Cəmiyyətinin prezidenti Tyeri Ertoq deyib.

Onun sözlərinə görə, qocalma hormon və qida çatışmazlığı, pis həyat tərzi ilə əlaqəlidir:

“Uzun ömür yaşamaq istəyirsənsə, həyatdan həzz almalısan. Bu səbəbdən hədəfimiz keyfiyyətli həyatı təmin etməkdir”.

T.Ertoq sonda qeyd edib ki, müəyyən qida əlavələri və hormonal terapiya vasitəsilə bir neçə xəstəliyin müalicəsini və insanların sağlamlığını təmin etmək mümkündür.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir