Bir övladını itirən ata: “Səmranı da eyni xəstəlikdən itirməyə dözə bilmərəm” – FOTO

Cəmiyyət


8 aylıq Səmranın yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Azadi Abdullayev məlumat verib.

O bildirib ki, övladı ilik çatışmazlığı xəstəliyindən əziyyət çəkir.

“Səmra doğulandan bu xəstəlikdən əziyyət çəkir. Müalicə etsək də, ona təcili ilik köçürülməlidir. İlik nəqli əməliyyatı Türkiyədə 200 000 manata həyata keçirilməlidir. Amma bizim bu məbləği toplamaq üçün imkanımız yoxdur. Cəmi 10 000 manat toplaya bilmişik”
Azadi Abdullayev bildirib ki, bir neçə il öncə 18 aylıq övladını da eyni xəstəlikdən itirib.

“Bir ay altı aylıq qızımı da eyni xəstəlikdən itirmişik. Onu da əməliyyat etməyə imkanımız yox idi. Müalicə edirdik. Mən ikinci övladımı itirməyə dözə bilmərəm. Özüm 3-cü qrup əliləm, iş düşdükcə gündəlik işlərdə çalışıram. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını, övladımın həyatda qalması üçün bizə kömək etmələrini xahiş edirəm”

Ailə ilə əlaqə: 070 594 04 34

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir