“UN Women”in regional əlaqələndiricisi: “Azərbaycan gender bərabərliyi ilə bağlı gündəmi dəstəkləyir”

Cəmiyyət


“Azərbaycan gender bərabərliyi ilə bağlı gündəmi dəstəkləyir və qadınların sülh quruculuğundakı rolunu yüksək qiymətləndirir”.

“Report” xəbər verir ki, bunu BMT-nin Qadınlar üzrə Agentliyinin (“UN Women”) regional əlaqələndiricisi Kaori İşikava Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib.

Onun sözlərinə görə, gender bərabərliyi məsələsi Azərbaycan üçün bir çox sahələrdə prioritet məsələdir.

K.İşikava qeyd edib ki, BMT-nin qadınların fəaliyyəti ilə bağlı bir çox təşəbbüsləri var: “Bu il 21 Azərbaycan şirkəti BMT-nin Qlobal Sazişinə – biznesin sosial məsuliyyətinin təşviqinə yönəlmiş BMT layihəsinə qoşulub”.

O, BMT-nin inklüzivlik və davamlı inkişaf naminə Azərbaycanın belə təşəbbüslərini dəstəklədiyini əlavə edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir