Şirvan şəhərində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan çörək bişirmə sexinin yanar konstruksiyaları 100 kvadratmetr sahədə və içərisində 3 ədəd soba, 3 ədəd dəzgah yanıb.
Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.102info.az