“Sosial şəbəkələrdə şagirdlər tərəfindən paylaşımlar edilir. İmtahandan öncə kim hansı zala düşüb, bir-birlərini tapırlar ki, köməkləşsinlər”.
Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, bu paylaşımlardan DİM-in də xəbəri var:
“Bizim nəzarətçi müəllimlər artıq əvvəldən bilirlər ki, hansı zalda, hansı imtahan binasında necə problemlər ola bilər. Onlar imtahana hazırlıqlı daxil olurlar. İmtahan zalına müxtəlif əşyalar, daha çox telefon keçirmək istəyənləri müşahidə etmişik. Hətta bıçaq, qumbara keçirmək istəyənlər də olub. Bunu şişirtməmişik. Hüquq-mühafizə orqanlarına müraciət olunur və belə hallarla bağlı, onlar tədbir görürlər. Təəssüf ki, bəzən belə hallar olanda insanlar sosial şəbəkələrdə qaydaları pozanlar əvəzinə, bizi qınamağa cəhd edirlər”.
Aysel Aslan
www.102info.az