Məleykə Abbaszadə: “Sağ əlim mənə qibtə edənlərin başına”

Cəmiyyət


“Bəzi xırda və orta biznes nümayəndələri özlərini bunker müəllimi kimi təqdim edirlər. Onlar tələbələrinin hansı yolla olur-olsun, yüksək nəticə göstərmələrini istəyirlər. Bu, DİM-ə yönələn kənar müdaxilələrə səbəb olur”.

Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, özünü bunker müəllim kimi təqdim edənlər imtahan suallarının onlarda olduğunu iddia edirlər:

“Sonradan isə problem olanda onu bizim üzərimizə atmaq istəyirlər. Müdaxilələrin mənim şəxsimlə bağlı olmamasına gəlincə isə mənim tərəfimdən hər hansı problem yoxdur. Mənə qibtə edənlərə deyə bilərəm ki, sağ əlim onların başlarına”.

Aysel Aslan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir