Biləsuvarda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb

Cəmiyyət


Biləsuvar rayonunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan TIR-la VAZ-2107 markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir