Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Martın 19-da:
Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər saatlarında duman olacaq. Şimal küləyinin sürəti 5-10 m/s olacaq.
Havanın temperaturu gecə 5-8, gündüz 13-18 dərəcə isti olacaq.
Martın 20-də:
Bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Şimal-qərb küləyinin sürəti 7-12 m/s olacaq.
Havanın temperaturu gecə 5-8, gündüz 13-16 dərəcə isti olacaq.
Martın 21-də:
Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyinin sürəti 8-13 m/s, arabir 15-18 m/s olacaq.
Havanın temperaturu gecə 6-9, gündüz 12-16 dərəcə isti olacaq.
Martın 22-də:
Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyinin sürəti 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 12-15 dərəcə isti olacaq.
Martın 23-də:
Bəzi yerlərdə arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.
Şimal-qərb küləyinin sürəti 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək, axşam 8-13 m/s-dək mülayimləşəcək.
Havanın temperaturu gecə 5-8, gündüz 11-14 dərəcə isti olacaq.
Martın 24-də:
Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyinin sürəti 8-13 m/s olacaq.
Havanın temperaturu gecə 5-8, gündüz 13-16 dərəcə isti olacaq.
www.102info.az