Tovuzda su boş yerə küçəyə axıdılır? – AÇIQLAMA + VİDEO

Cəmiyyət


Tovuz rayonu Abulbəyli kəndində su xəttində qəza baş verib.

Bu barədə sakinlər sosial şəbəkədə məlumat paylaşıblar.

Şikayətdə qeyd edilir ki, söhbət kəndin Valentin Rzayev küçəsindən gedir:

“Bir aydan çoxdur bir kəndin suyu beləcə axıb gedir. Amma bir evə pulsuz su verməzlər”.

Məsələ ilə bağlı “Azərsu” ASC-yə sorğu ünvanladıq.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən küçəyə müvafiq idarənin əməkdaşları gedib:

“Su xəttində baş verən qəza aradan qaldırılıb. Heç bir axıntı yoxdur. Qeyd edək ki, bu ərazidəki su xətti “Azərsu” ASC-nin balansında deyil. Vətəndaşlar tərəfindən şəxsi vəsait hesabına çəkildiyi üçün tez-tez qəzalar baş verir”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir