Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışını abunəçilərə təqdim edib.
Onun budəfəki qonağı tanınmış azərbaycanlı jurnalist, diktor Yelena Eyvazlı-Sidorenko olub.
Ənənəvi cümə müsahibi Azərbaycan dilini öyrənməsi, ANS-də və digər televiziyalarda necə işləməsi barədə məlumat verib. O, həmçinin ailəsi, həyat yoldaşı və Qarabağdakı müharibə, seçki kampaniyası, eləcə də biznes haqqında danışıb. Söhbət zamanı Ukraynadakı döyüşlərə də toxunulub.
Həmid Həmidov və Yelena Eyvazlı-Sidorenko xoşbəxt ailənin, müasir uşaqların və rus sektorunun populyarlığının sirri haqqında da söhbətləşiblər.
Ətraflı video müsahibədə:
www.102info.az