15 yaşlı Ərkanın sizin yardımınıza ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Turanə Vəlizadə məlumat verib.
O bildirib ki, oğlu 1 il 3 aydır qan xərçəngindən əziyyət çəkir.
“Ərkanın 15 yaşı var, artıq bir il üç aydır ki, qan xərçəngindən əziyyət çəkir. Kimyaterapiyalar onun ürəyində də fəsad yaradıb. Buna görə məcbur kimyaterapiyaları dayandırmışıq. Hazırda ürəyinə görə müalicə alır, təzyiqi çox yüksəkdir, düşmür. Biz özümüz Qax rayonunda yaşayırıq, övladımın müalicəsi üçün məcbur Bakıya gəlmişik. Ərkanın özündən kiçik bir qardaşı var, imkansızlıqdan onu nənəsinin yanında qoymuşuq. Bir ildən çoxdur ki, övladımın üzünə həsrətəm”
Turanə Vəlizadə bildirib ki, övladının müalicəsi üçün aylıq 1 000 manata ehtiyacları olur.
“Yoldaşım Bakıda günü 10-15 manata işləyir, özümüz məcbur kirayədə yaşayırıq. İnanın vəziyyətimiz çox ağırdır. Hazırda evin kirayəsi və Ərkanın müalicəsinə görə 1 500 manat borcumuz var. İmkanı olan, yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: 050 462 57 70





www.102info.az