Şəmkirdə yol-nəqliyyat hadisəsində gənc qadın və iki övladı xəsarət alıb

Cəmiyyət


Şəmkir rayonunun Seyfəli kəndində yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, VAZ-21017 markalı avtomobilin digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində 1995-ci il təvəllüdlü F.Qədirova və övladları – 2012-ci il təvəllüdlü Z.Abbasova, 2014-cü il təvəllüdlü B.Abbasov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir