Şirvanda hamilə qadın üçüncü mərtəbədən yıxıldı

Cəmiyyət


Şirvanda hamilə qadın binanın 3-cü mərtəbəsindən yıxılıb.

APA-nın xəbərinə görə, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Şirvan sakini, 1993-cü il təvəllüdlü Yahyazadə Aytac Rasim qızı yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. 30 yaşlı qadın ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun qəsdən özünü atdığı və ya ehtiyatsızlıqdan yıxıldığı müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir