Aktrisa Aidə həyatındakı köklü dəyişikliyə televiziyadan uzaqlaşmaqla başladı

Cəmiyyət


Aktrisa Aidə Cəbiyeva aparıcılıq etdiyi Azərbaycan Televiziyasından ayrılıb.

OLAY-ın əldə etdiyi məlumata görə, kanalda “Telesəhər” proqramının aparıcısı olan sənətçi işindən anidən getmək qərarı verib.

Qeyd edək ki, bir müddət öncə Aidənin 200 minlik “Instagram” hesabına kiberhücum olduğu üçün bağladığı iddia edilirdi.

Lakin digər iddia isə onun şəxsi həyatındakı dəyişiklik ilə bağlı idi. Belə ki, Aidənin dostlarından uzaqlaşması, hətta nömrəsini dəyişməsi bu barədə söz-söhbətləri artırmağa başlayıb.  

Deyilənə görə, Cəbiyeva ailə qurmağa hazırlaşır. O, bu səbəbdən də qapalı həyat yaşamağa üstünlük verib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir