Lənkəranda avtomobillər toqquşub, dörd nəfər yaralanıb.
“Report” xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.
“Mercedes” markalı avtomobil VAZ-2107 markalı avtomobillə toqquşub. Nəticədə Boladı kənd sakinləri – 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov, 2000-ci il təvəllüdlü Raul Vasif oğlu Axundov, 1971-ci il təvəllüdlü Asif İsa oğlu Sadiqov və 1999-cı il təvəllüdlü Ləj kənd sakini Kənan Cəmil oğlu Rəhimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
www.102info.az