240 manata görə döyüldü, təhdid edildi: “Sənin qulağını kəsərəm” – VİDEO

Cəmiyyət


Azərbaycanda şəxs borca görə döyülüb.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, bir nəfər digər şəxsdən 240 manat civarında olan borcunun geri qaytarılmasını tələb edib.

Pulu verən şəxs borcu qaytara bilməyəni döyərək təhqir edib. Hətta qulağını kəsəcəyi təhdidini dilə gətirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır:

“Sosial şəbəkələrdə yayılan görüntülərdən xəbərdarıq. Araşdırma aparılır. Əlavə məlumat veriləcək”.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir