Quba rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
“Report”un şimal bürosu xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Firuz Heydərov idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə yolu keçmək istəyən rayon sakini 1941-ci il təvəllüdlü Hacağa Babaliyevi vurub.
Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az