Ötən ay Azərbaycanda kafe və restoranlara 125 milyon manat xərclənib

Cəmiyyət


2023-cü ilin fevral ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 124 milyon 930,1 min manat təşkil edib.

APA Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,2% və ya 38 milyon 295,8 min manat çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 255,5 milyon manat təşkil edib. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,2%-i hüquqi şəxslərin, 49,8%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 24,2% artaraq 127 milyon manat olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir